Cem Karaca rolu üçün onunla danışırlar
4-03-2023, 13:10
15 603

Cem Karaca rolu üçün onunla danışırlar

Türkiyənin əfsanəvi rok ifaçısı Cem Karacayla bağlı çəkiləcək filmin müzakirəsi davam edir.
Baş rolla bağlı bir neçə simanın adı hallanır. Son olaraq isə ustad aktyor Erdal Beşikçoğlunun Karacanı canlandıracağı bildirilib.
Bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, layihə üçün aktyorla danışıqlar aparılır.
Qeyd edək ki, daha əvvəl Karacanı Müslüm Gürsesi oynayan Timuçin Esenin canlandıracağı deyilmişdi.


Oxşar xəbərlər