"Dağıntılar altında məzarlarını gözləyən ölülər var" - Mahsun Kırmızıgül
6-03-2023, 21:44
9 027

"Dağıntılar altında məzarlarını gözləyən ölülər var" - Mahsun Kırmızıgül

Müğənni və rejissor Mahsun Kırmızıgül sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib. 
O, zəlzələnin yaratdığı fəsadları aradan qaldırmağa çağırış edib. 
Həmçinin, Kırmızıgül son 2 gündə gündəm olan siyasi hadisələrə görə üsyan edib.
"Qoyun can dərdində, Qəssab ət dərdində. Zəlzələ bölgəsindəyik. Yaxınlarını və hər şeyi itirmiş çarəsiz və ağrılı insanların fəryadları insanı kövrəldir. Dağıntılar altında məzarlarını gözləyən ölülər varkən siyasi gündəmi buraxın. Milət ac, susuz və  acizdir", - deyə yazıb. 

Oxşar xəbərlər