Rembrandtın şah əsəri önündə aksiya keçirildi
6-03-2023, 10:52
1 618

Rembrandtın şah əsəri önündə aksiya keçirildi

“Extinction Rebellion” hərəkatının üzvləri Amsterdamdakı “Reyksmuseum”da Rembrandtın “Gecə gözətçisi” tablosu qarşısında aksiya keçiriblər.
İki fəal əllərində orijinaldan fərqli olaraq insanların suda dayandığını göstərən rəsmin surəti olan plakat tutublar.
Onlar bununla okeanlarda suyun səviyyəsinin yüksəlməsi probleminə diqqət çəkmək və muzeyi ənənəvi yanacaqlardan istifadə edən şirkətlərlə əməkdaşlıqdan imtina etməyə çağırmaq qərarına gəliblər.
Muzey nümayəndəsi bildirib ki, aksiya zamanı Rembrandtın tablosu zədələnməyib və etirazçılar xoşluqla çıxışa tərəf yola salınıblar.
Qeyd edək ki, daha çox “Gecə gözətçisi” kimi tanınan “Kapitan Frans Banninq Cok və leytenant Villem van Ruytenbürqin atıcı alayının çıxışı” qrup portreti Rembrandt tərəfindən 1642-ci ildə Atıcılar Cəmiyyətinin sifarişi ilə çəkilib. Bu əsər sənətşünaslar tərəfindən rəssamın yaradıcılığının zirvəsi hesab olunur.
Mənbə: İnterfaks

Oxşar xəbərlər