Ronaldo Türkiyəyə humanitar yardım təyyarəsi göndərdi
6-03-2023, 11:24
8 317

Ronaldo Türkiyəyə humanitar yardım təyyarəsi göndərdi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubuna transfer olan dünyaca məşhur futbolçu Kristiano Ronaldo Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım göndərib.
Bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat dərc edib. 
Məlumata görə, Portuqaliyalı ulduz Türkiyə və Suriyaya yataq, ədyal, çadır, uşaq qidası və tibbi ləvazimatlardan ibarət humanitar yardım təyyarələri göndərib. 

Oxşar xəbərlər