Kişi burnunu yudu: Nadir bakteriya onu öldürdü
6-03-2023, 12:00
8 210

Kişi burnunu yudu: Nadir bakteriya onu öldürdü

Amerikanın Florida ştatında yerli sakin nadir amöbaya yoluxduqdan sonra ölüb. 
Xarici media xəbər verir ki, həkimlər amerikalının sinuslarını kran suyu ilə yuduqdan sonra nadir və təhlükəli bakteriya tuta biləcəyini düşünürlər.
Yerli səhiyyə rəsmiləri, kişinin Naegleria fowleri adlı mikroskopik amöbaya tutulduğunu bildirib. Bu cür infeksiyalar inanılmaz dərəcədə nadirdir, lakin əvvəllər belə hallar olub. Orta hesabla, 2012-ci ildən 2021-ci ilə qədər hər il 0 ilə 5 arasında xəstəlik diaqnozu qoyulub.
Naegleria fowleri bakteriyası çox spesifikdir və onu tutmaq çətindir, çünki o, birbaşa burun vasitəsilə sinusa və beyinə keçməlidir. Şirin suda, xüsusən durğun sularda tez-tez olur.
Səhiyyə orqanlarının izahatına görə, xəstələr tez-tez göllərdə və çaylarda üzərkən və suya batarkən tərkibində amöba olan su burun vasitəsilə bədənə daxil olduqda yoluxurlar.

Oxşar xəbərlər