Rusiyada barda dava salan eks-deputat həbs edildi
7-03-2023, 11:40
17 681

Rusiyada barda dava salan eks-deputat həbs edildi

Rusiyada Perm diyarının qanunvericilik məclisinin keçmiş deputatı Aleksandr Telepnev həbs edilib. 
Rus mətbuatı xəbər verir ki, buna səbəb eks-deputatın gecə klubların birində dava etməsi olub. 
Belə ki, "Nataşa" adlı barda istədiyi musiqini səsləndirməyən Aleksandr DJ-yə hücum edib. Onun çənəsini sındırıb. Hadisə anbaan müşahidə kameralarına əks olunub. Davadan sonra DJ eks-deputatdan şikayətçi olub. Saxlanılan Aleksandr Telepnev məhkəmə qarşısına çıxarılıb. O, barda baş verən davaya görə 4 il sərt rejimli koloniyaya məhkum edilib.


Oxşar xəbərlər