İdmançı qardaşlar koronavirusa yoluxdular və…
7-03-2023, 12:29
17 641

İdmançı qardaşlar koronavirusa yoluxdular və…

Norveç biatlonçuları Tarya və Yohannes Be koronavirusa yoluxaraq Dünya kuboku mərhələsinin keçirildiyi Çexiyanın Nove-Mesto şəhərini tərk ediblər.
Xarici media xəbərinə görə, hər iki idmançı xəstəliyi əlamətsiz keçirir, lakin testlər koronavirus üçün müsbət nəticəni təsdiqləyib. Daha əvvəl hər iki idmançının testlərinin şərti müsbət çıxdığı, lakin onlara startda iştirak razılığı verildiyi bildirilib.
Norveç Biatlon İttifaqının məlumatına görə, həftənin sonuna qədər Be qardaşları Estersundda cümə axşamı başlayacaq Dünya kubokunda mübarizə apara biləcəklər.

Oxşar xəbərlər