Cəngəllikdə azdı: Həşəratlarla qidalandı, sidiyini içdi
7-03-2023, 12:46
17 533

Cəngəllikdə azdı: Həşəratlarla qidalandı, sidiyini içdi

30 yaşlı Conatan Akosta Boliviyanın cəngəlliklərində azıb və bir ay qurdlar və həşəratlarla qidalanıb.
 
Xarici media xəbərinə görə, yanvarın 25-də həmin şəxs ova getdiyi dostlarının arxasınca düşüb və azıb. O, bir ay vəhşi təbiətdə qaldığını və sağ qalmaq üçün yabanı meyvələr və həşəratlar yediyini bildirib. Akosta susuzluqdan ölməmək üçün çəkmələrinə yağış suyu yığıb və öz sidiyini də içməyə məcbur olub. O qeyd edib ki, sərgərdanlığının ən azı 15 günü ərzində tez-tez yağan yağışlar sayəsində sağ qala bilib.

 
Cəngəllikdən çıxmağa çalışan kişi bir dəfədən çox vəhşi heyvanlarla qarşılaşıb: o, yaxın məsafədə yaquar görüb, həm də ona hücum edən pekkar sürüsünü qorxutmaq üçün silahındakı son patrondan istifadə edib. Kişinin topuq nahiyəsi də burulduğundan dörd gün yeriyə bilməyib və həyatı üçün ciddi şəkildə qorxmağa başlayıb.
 
Dostları, yerli sakinlər və axtarış qrupu fevralın 25-də axsayan Akostanı tapa bilib. O, susuzluqdan əziyyət çəkib və 17 kiloqram arıqlayıb. Həmin şəxs xəstəxanaya çatdırılıb və hazırda sağalır. O, bir aydır onu axtaran insanlara təşəkkür edib və bir daha ova çıxmayacağını bəyan edib. "Mən Allaha çox minnətdaram, çünki o, mənə yeni həyat verdi", - kişi deyir.


Oxşar xəbərlər