Brüsseldə kütləvi etirazlar - Helikopter müdaxilə etdi
7-03-2023, 17:51
15 684

Brüsseldə kütləvi etirazlar - Helikopter müdaxilə etdi

Belçikada ölkənin müxtəlif şəhərlərindən olan xilasetmə qrupları paytaxt Brüsselin mərkəzində tətil elan edib. 
Xarici KİV xəbər verir ki, yüzlərlə yanğınsöndürən iş şəraitinə etiraz edərək şəhərin sıx küçələrində nəqliyyatın hərəkətini bağlayıb.
Yanğınsöndürənlər hökumət əleyhinə şüarlar səsləndirib, sirenlər səsləndirərək ətrafa torpeda və fişənglər atıblar.
Onlar hökumətdən yanğınsöndürənlərə daha çox vəsait ayrılmasını, müavinətlər verilməsini, daha çox insanın işlə təmin olunmasını, iş şəraitinin yaxşılaşdırılmasını, xərçəngin peşə xəstəliyi kimi tanınmasını, pensiya yaşının aşağı salınmasını və həmkarlarına qarşı edilən hücumlara daha sərt tədbirlərin görülməsini tələb ediblər. 
Əraziyə polis qrupları və helikopter göndərilib. 

Oxşar xəbərlər