BMT Baş katibi Ukraynada səfərdədir
7-03-2023, 18:24
15 511

BMT Baş katibi Ukraynada səfərdədir

BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.
ABaş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.
Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.
Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir./Report

Oxşar xəbərlər