Zelenski gürcü etirazçılara müraciət etdi
9-03-2023, 18:59
9 602

Zelenski gürcü etirazçılara müraciət etdi

Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində gürcü etirazçılara müraciət edib. 
Dövlət başçısı Ukraynaya verdikləri dəstəyə görə təşəkkür edib.
Zelenski bildirib ki, gürcülər mitinqlərdə Ukrayna bayraqlarını açır, onun himnini səsləndirirlər.
"Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tbilisdə səslənən dövlət himnimizə görə sizə təşəkkürümü bildirirəm. Bu, Ukraynaya hörmətdir", - Ukrayna prezidenti açıqlayıb.

Oxşar xəbərlər