COVID-19 ölümləri 65% azaldı
9-03-2023, 12:25
8 523

COVID-19 ölümləri 65% azaldı

Fevralın 6-dan martın 5-dək olan müddətdə dünyada təxminən 4 milyon 500 min insan koronavirus infeksiyasına yoluxub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı 9ÜST) məlumat yayıb.
Qeyd olunub ki, 32 minə yaxın insan dünyasını dəyişib.
Təşkilat bildirib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 65%, yoluxmaların sayı isə 58% azalıb.
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 4 475 653 yoluxma halı və 31 926 ölüm halı qeydə alınıb.
28 gündə ən çox yoluxma ABŞ-da - 1 027 596-da aşkarlanıb.
Sonrakı yerlərdə Yaponiya (539 251), Çin (454 575), Almaniya (379 505) və Rusiya (345 384) gəlir.

Oxşar xəbərlər