İş adamı şahzadə ilə evlənmək üçün müsəlman oldu
9-03-2023, 18:30
6 923

İş adamı şahzadə ilə evlənmək üçün müsəlman oldu

Yunanıstanın Andros adasında və ABŞ-da yaşayan məşhur iş adamı Jameel Aleksander Termiotis İordaniya kralı Abdullanın qızı şahzadə İman Bin Abdullahla evlənmək üçün İslamı qəbul edib. 

Xarici medianın xəbər verir ki, Kraliça Rania müsəlman kürəkəni və qızı üçün sarayda xüsusi ziyafət təşkil edib. Toy martın 12-də baş tutacaq.

Yunanıstanda varlı bir ailənin nəvəsi, iş adamı Jameel Aleksander Thermiotis Florida Beynəlxalq Universitetində Biznesin İdarə Edilməsi üzrə təhsil alıb və burada "Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr dərəcəsi alıb. Bildirilir ki, Tehermiotis Nyu-Yorkda özəl kapital və vençur kapitalı firması olan Outbound Ventures LLC-nin həmtəsisçisidir.

Cütlüyün münasibətlərinin uzun müddət dini inanclarına görə yalnız ailə arasında bilindiyi və narazılıqlara səbəb olduğu bildirilib.

Oxşar xəbərlər