Ermənistanda qızılcaya yoluxanların sayı artdı
10-03-2023, 11:10
8 886

Ermənistanda qızılcaya yoluxanların sayı artdı

Ermənistanda qızılcaya yoluxma hallarının sayı 46-ya çatıb. 
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlayıb. 
Məlumata görə, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Xəstələrin sağlamlıq vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd olunub ki, sözügedən rəqəm laboratoriya tərəfindən təsdiqlənmiş xəstələrin sayını göstərir. Ümumi vəziyyət isə daha gərgindir. 

Oxşar xəbərlər