Alimlərdən Yerlə toqquşma ehtimalı olan asteroidlə bağlı XƏBƏRDARLIQ
10-03-2023, 15:47
7 359

Alimlərdən Yerlə toqquşma ehtimalı olan asteroidlə bağlı XƏBƏRDARLIQ

Alimlər "2023 DW” adlı nəhəng asteroid bağlı xəbərdarlıq edib.

Xarici media xəbər verir ki, ilk dəfə fevralın 27-də aşkar edilən "2023 DW” adlı asteroidin diametrinin təxminən 50 metr olduğu təxmin edilir.

Asteroidi diqqətlə araşdıran ABŞ Kosmik və Aviasiya İdarəsindən (NASA) "2023 DW” üçün xəbərdarlıq edib. Məlumata görə, asteroid Yerlə toqquşma ehtimalı sıfırdan çox olan kosmik obyektləri ehtiva edən "Risk Siyahısı"nda birinci yerdədir.

"New York Post” qəzetində yer alan xəbərə görə, sözügedən asteroid 23 il sonra Yer kürəsi ilə toqquşa bilər. Onun 14 fevral 2046-cı ildə Yerə çox yaxınlaşacağı gözlənilir. 

Oxşar xəbərlər