İranda məktəbliləri zəhərlədiklərini etiraf etdilər
10-03-2023, 16:55
7 001

İranda məktəbliləri zəhərlədiklərini etiraf etdilər

İranda 5 nəfərdən ibarət bir qrup ölkənin cənubunda yerləşən Lar şəhərində 7 məktəbin şagirdlərini zəhərlədiklərini etiraf ediblər.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hadisəni şəhər xəstəxanasının həkimi, qızı və onun 3 sinif yoldaşı törədiblər. Sözügedən şəxslər saxlanılıblar.
Onlar məktəblərin daxilinə azot səpdiklərini bildiriblər: “Biz cari hakimiyyətə mənfi münasibət bəsləyirik”.
Saxlanılanlardan biri zəhərlənmələrin ölkədəki vəziyyəti dəyişdirəcəyinə inandığını deyib.
Bildirilir ki, bundan əvvəl İranın 5 vilayətində məktəbli qızların zəhərlənməsinə səbəb olan bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrından İranın müxtəlif əyalətlərində şagirdlər arasında zəhərlənmə halları qeydə alınıb. Belə ki, təqribən 100 gün ərzində 2000-dən çox şagird zəhərlənib. Şagirdlərdə ürəkbulanma, halsızlıq, nəfəs darlığı, baş ağrısı və baş gicəllənməsi kimi əlamətlər olub.
Zəhərlənən şagirdlərin əksəriyyətinin əsas olaraq qız olması diqqət çəkib.
Ölkənin təhsil nazirinin müavini Yunus Penahi açıqlamasında şagirdlərin qəsdən zəhərləndirildiyini bildirib.

Oxşar xəbərlər