Ərdoğan seçkiqabağı kampaniyasını musiqisiz keçirəcək
10-03-2023, 17:24
6 849

Ərdoğan seçkiqabağı kampaniyasını musiqisiz keçirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkiləri ilə bağlı kampaniyanı musiqisiz keçirmək barədə qərar qəbul edib. 
“TRT Haber” xəbər verir ki, bu barədə məlumatı Ərdoğan özü açıqlayıb. 
Türkiyə lideri fevralın 6-sı ölkədə baş verən zəlzələlər zamanı həlak olanlara hörmət əlaməti olaraq bu qərarı verib: “Kampaniya üçün hazırlanan bütün musiqiləri qadağan edirik. Kampaniya musiqisiz keçiriləcək”.
Xatırladaq ki, Ərdoğan ölkədə prezident seçkilərinin mayın 14-ü keçirilməsini təsdiq edib.

Oxşar xəbərlər