Gürcüstanda polis şöbədə özünü güllələdi
10-03-2023, 18:06
6 613

Gürcüstanda polis şöbədə özünü güllələdi

Gürcüstanın Sameqrelo bölgəsində polis vəzifə başında ölü tapılıb. 
Gürcü KİV xəbər verir ki, meyit Kutaisidə müayinə olunduqdan sonra onun intihar etdiyi məlum olub. 
Teklati şöbəsinin digər əməkdaşları növbətçi otağında güllə səsini eşidib. Onlar otağa daxil olanda 45 yaşlı həmkarlarının artıq öldüyünü görüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər