İran və Səudiyyə Ərəbistanı barışdı: Səfirliklər işini bərpa edir, sənəd imzalanıb
11-03-2023, 11:01
848

İran və Səudiyyə Ərəbistanı barışdı: Səfirliklər işini bərpa edir, sənəd imzalanıb

İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
Məlumatı İran hakimiyyətinin nəzarəti altında olan informasiya resursları yayıb.
Məlumatda qeyd olunub ki, iki ay ərzində hər iki ölkənin paytaxtında diplomatik nümayəndəliklərin fəaliyyəti öz işini bərpa edəcək.
Maraqlı digər məqam isə ondan ibarətdir ki, bir neçə gündür İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və onun səudiyyəli həmkarı Pekində danışıqlar aparıblar.
Nəticədə üçtərəfli bəyanat da qəbul edilib.
Mənbə: Tasnim

Oxşar xəbərlər