“Adidas” Kanyedən sonra yarımmilyard zərər etdi
11-03-2023, 11:11
855

“Adidas” Kanyedən sonra yarımmilyard zərər etdi

Kanye Uestlə ortaqlığına son qoyan “Adidas” 500 milyon dollar zərər edib.
Reperlə ortaq şəkildə hazırladığı ayaqqabıları satmaqda çətinlik çəkən Alman idman malları istehsalçısı 514 milyon dollar itirdiyini açıqlayıb.
Yəhudilərə qarşı irqçilik etməsi səbəbilə oktyabrda Uestlə əməkdaşlığa son qoyduğunu açıqlayan bren, keçən ilin eyni dövründə 214 milyon dollar gəlir əldə etmişdi.
Brend artıq stokda olan “Yeezy” məhsullarını sata və ya istifadə edə bilməsə, ilin sonuna qədər 500 milyon dollar da zərər edə bilər.
“The Washington Post” yazır ki, “Adidas” hətta zədələnməmək üçün ayaqqabıları yandırmağı da düşünüb.

Oxşar xəbərlər