“Ford” “Puma”nın yeni versiyasını təqdim etdi
11-03-2023, 11:38
8 782

“Ford” “Puma”nın yeni versiyasını təqdim etdi

Avtomobil istehsalçısı “Ford” “Puma” avtomobilinin daha bir idman versiyasını təqdim edib. 
Xarici media xəbərinə görə, model artıq Avropa bazarına çıxıb. 
Xarici olaraq, yeni “Ford Puma ST Powershift” standart “Puma ST” ilə demək olar ki, eynidir. Ancaq texnika fərqlidir.
Yeni avtomobil yeddi pilləli qabaqcadan seçilən ikili muftalı avtomatik transmissiya və yumşaq hibrid sistemlə birləşdirilmiş 998 kub üç silindrli EsoBoost turbo mühərriklə təchiz edilib.

Mühərrikin gücü 170 at gücü və 248 Nm fırlanma anıdır. Onu daha 10 at gücünə 48 voltluq kəmərlə idarə olunan starter-alternator vasitəsilə artırmaq olar. 
100 km/saata qədər avtomobil 7,4 saniyəyə sürətlənir. 

Oxşar xəbərlər