Dünyada ən yaxşı sarımsaq harada yetişdirilir?
11-03-2023, 11:45
8 780

Dünyada ən yaxşı sarımsaq harada yetişdirilir?

Kəskin qoxusuna görə bir çoxları tərəfindən sevilməyən sarımsaq yeməklərə verdiyi ləzzətlə mətbəxlərin vazkeçilməzidir. Xarici KİV bildirir ki, Türkiyənin Kastamonu rayonunun Taşköprü qəsəbəsində yetişdirilən və yerlilər tərəfindən “ağ qızıl” adlandırılan Taşköprü sarımsağı keyfiyyət baxımından “Dünyanın ən yaxşı sarımsağı” hesab edilir.
Taşköprü sarımsağının əsas xüsusiyyəti çox böyük olmayan, nizamlı və standart baş ölçüsü bağlarının tam və möhkəm dişlərdən ibarət olması və xarab olmadan uzun müddət saxlanıla bilməsidir.
Torpaqdan çıxdıqdan sonra açıq havada 8 ay təravətini saxlayan yeganə sarımsaq növü olan Taşkörpü sarımsağının qoxusu digər sarımsaqlardan kəskin və dadı daha acıdır. Bununla belə o, dərdlərə dəva baxımından ən qiymətli sarımsaqdır.
Taşköprü sarımsağının tərkibi mineral və vitamin baxımından çox zəngindir. Manqan, B1, B6, C vitaminləri, kalsium, fosfor, mis, dəmir, kükürd və aroma baxımından ən yüksək dəyərlərə malik Taşköprü sarımsağı mühüm bir antioksidan olan selenium tərkibi ilə də rəqibsizdir.  
Xərçəng xəstəliyinə qarşı və riski azaldan selen maddəsi Taşköprü sarımsağından başqa heç bir sarımsaqda yoxdur. Sonsuzluğa, qısaboyluluğa, saç tökülməsinə yaxşı təsir edən bu sarımsaq bir sıra bakteriya və viruslara qarşı təsirlidir. Tərkibindəki maddələrin verdiyi bu xüsusiyyətlərə görə əczaçılıq sənayesi tərəfindən çox seçilir.
Taşköprü sarımsağının faydaları arasında immunitet sistemini gücləndirmək, yüksək təzyiqi salmaq və qanda xolesterinin səviyyəsini azaltmaq var. Bundan əlavə, qan dövranını tənzimləyir, ateroskleroz və tıxanıqlığın qarşısını alır, qanda şəkər səviyyəsini tarazlaşdırır, iştahı artırır, həzmi asanlaşdırır. Mədə və bağırsağı dezinfeksiya və zərərli bakteriyaları məhv edir. Traxeya və bronxit xəstəliklərinə yaxşı gəlir. Böyrəklərin düzgün işləməsinə kömək edir. Yaraları və çibanları sağaldır. Zəhərlənmələrə qarşı təsirlidir. Sarımsağın bu faydalarını görmək üçün hər gün 2-3 diş sarımsaq yeyilməlidir. Lakin təzyiqi aşağı olan insanlara sarımsağı ehtiyatla qəbul etmələri məsləhət görülür.

Oxşar xəbərlər