“WhatsApp” bu ölkədə qadağan ediləcək
11-03-2023, 12:16
17 608

“WhatsApp” bu ölkədə qadağan ediləcək

“WhatsApp” tezliklə bütün Böyük Britaniyada qadağan edilə bilər. 
Xarici mətbuat xəbər verir ki, buna səbəb İngiltərədəki “Onlayn Təhlükəsizlik Aktı”nın “WhatsApp”ı təsdiqləməməsidir.
Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı” tətbiqi “mesajları qoruyan uçdan-uca şifrələməni” zəiflətməyə məcbur edə bilər.
Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, “WhatsApp” bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacaq.

Oxşar xəbərlər