Saxta botokslar peyda olub - DERMATOLOQDAN XƏBƏRDARLIQ
11-03-2023, 12:22
17 621

Saxta botokslar peyda olub - DERMATOLOQDAN XƏBƏRDARLIQ

Dəridə qocalma əlamətlərinin qarşısını almaq üçün həyata keçirilən botoks tətbiqinə günü-gündən tələb artır.
Xarici mətbuat xəbər verir ki, dermatologiya mütəxəssisi Hande Ulusal saxta botoks məhsulları ilə bağlı insanlara xəbərdarlıq edib.
“Estetik klinikalara müraciət etmədən daha praktik və az xərclə botoks etmək istəyənlər internetdə satılan məhsullara daha çox üstünlük verirlər. Botoksa tələb artdıqca pilləkənaltı klinikaların sayı daha da çoxaldı. Sağlamlıq təsdiqi olmayan prosedurlara müraciət etmək və internetdə reklam edilən məhsulları almaq olmaz. Çünki bu prosedurlara sizə zərər verəcək”.

Oxşar xəbərlər