İraqda 22 İŞİD üzvü ÖLDÜRÜLDÜ
13-03-2023, 23:52
9 060

İraqda 22 İŞİD üzvü ÖLDÜRÜLDÜ

İraqda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda təşkilatın 22 üzvü zərərsizləşdirilib.
İNA xəbər verir ki, İraqın Terrorla Mübarizə Birliyinin rəhbəri general-leytenant Əbdülvehhab əs-Səidi əməliyyatla bağlı mətbuat konfransı keçirib.
İclasda çıxış edən Səidi, Ənbarda keçirdikləri əməliyyatda 22 İŞİD üzvünün öldürüldüyünü bildirib. Səidi əməliyyatın davam etdiyini qeyd edib.

Oxşar xəbərlər