Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
13-03-2023, 12:18
707

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 159 800 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 474 tank, 6 774 zirehli maşın, 2 503 artilleriya sistemi, 493 reaktiv yaylım atəşi sistemi, 259 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 2 109 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 354 avtomobil texnikası və avtosistern, 251 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər