Dünya
13-03-2023, 12:40
799
Bu şəhərə "qurd yağışı" yağdı
Çinin paytaxtı Pekində “qurd yağışı” yağıb, nəticədə hökumət əhaliyə özləri ilə küçəyə çətir götürməyi tövsiyə edib.
Xarici media məlumatına görə, sosial şəbəkələrdə park edilmiş avtomobillərin qurdlarla örtüldüyünü əks etdirən videolar yayılıb. İstifadəçilərin baş verənlərlə bağlı müxtəlif nəzəriyyələri var.
“Mother Nature Network” elmi jurnalı, qurdların kiçik bir tornado tərəfindən uçurulduğunu və ya bahar yaxınlaşdıqca ərimiş torpaqdan çıxa biləcəyini irəli sürüb.
Başqa bir fərziyyəyə görə, "qurdlar" əslində Çində yayılmış və tez-tez toxumlarla dolu olan qovaq çiçəkləridir. Düşərkən onlar tırtıllara bənzəyir.