Putin və Paşinyan sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər
13-03-2023, 13:48
796

Putin və Paşinyan sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və  Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 
TASS xəbər verir ki,  Vladimir Putin və Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini qeyd edib.

Oxşar xəbərlər