İkardi barışdığı arvadının 100 minlik borcunu ödədi
13-03-2023, 14:09
895

İkardi barışdığı arvadının 100 minlik borcunu ödədi

Kirayəni ödəmədiyi üçün ev sahibinin şikayət etdiyi məşhur futbolçu Mauro İkardi 100 min dollarlıq borcunu ödəyib.
Bahalı yaşayış kompleksindən yenidən barışdığı arvadı Vanda Nara üçün ev kirayələyən "Galatasaray"ın ulduz futbolçusu dörd aydır kirayə ödəmirdi.
Bunun səbəbi bilinməsə də, İkardinin kirayə pulunu unutduğu deyilir.
Qeyd edək ki, daha öncə Mauro İkardi həyat yoldaşı Vanda Nara və uşaqlarının istifadə etdiyi şəxsi təyyarəsini geri almışdı. Bununla kifayətlənməyən Mauro İkardi Vanda Naranın kredit kartlarını da bloklamışdı.

Oxşar xəbərlər