İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu
13-03-2023, 15:55
769

İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu

İndoneziyanın şimal hissəsində yerləşən Riau adalarında torpaq sürüşməsi nəticəsində 46 nəfər həlak olub.
Xarici media xəbər verir ki, həlak olanların 24-ü kişi, 22-si qadındır. 
2 mindən çox yerli sakin isə daha təhlükəsiz ərazilərə təxliyə edilib. 
Məlumata görə, torpaq sürüşməsinə səbəb leysan yağışları olub. Hazırda 9 nəfərin axtarışları davam edir.

Oxşar xəbərlər