Saqqallı qadın xəstəliyindən danışdı
13-03-2023, 16:00
742

Saqqallı qadın xəstəliyindən danışdı

Amerikalı Torri Sanşayn xəstəlik səbəbi ilə uzanan saqqalından danışıb.
Qadın “Tiktok” platformasında paylaşdığı bu video ilə məşhurlaşıb.
Onun sözlərinə görə, həkimlər ona polikistik yumurtalıq sindromu (PKOS, piylənmə, sızanaq, şəkərli diabet riskini artıran, həmçinin hirsutizmə səbəb olan reproduktiv yaşda olan qadınlarda endokrin xəstəlik) diaqnozu qoyduqdan sonra 15 yaşında üz tüklərini qırxmağa başlayıb.
“Hər şey iki kiçik ləkə ilə başladı. Ləkələr o qədər də nəzərə çarpmırdı, amma orta məktəbdən sonra vəziyyət daha da pisləşdi. 20 yaşım olanda xəstəlik pik həddə çatdı. Əvvəllər görünüşümdən narahat olsam da, sonradan özümə qarşı münasibətim dəyişdi. İndi mən özümü çox sevirəm və bilirəm ki, gözəl insanam", - deyə o bildirib.
Qeyd edək ki, Sanşayın bu paylaşımından sonra səhifəsinə 130 mindən çox insan abunə olub.

Oxşar xəbərlər