“Samsung” telefonları bahalaşacaq - QİYMƏTLƏR
13-03-2023, 16:03
795

“Samsung” telefonları bahalaşacaq - QİYMƏTLƏR

Bu il “Samsung” telefonlarının qiyməti bahalaşacaq.
Bu barədə “Sammobile” portalı məlumat yayıb.
Məlumata görə, əsasən orta səviyyəli telefonların qiyməti artacaq. Belə ki, “Samsung Galaxy A54 5G” model telefonun qiyməti 520 dollardan çox olacaq.
Yaxın vaxtlarda “Samsung” Galaxy A14, A34 və A54 5G smartfonlarını təqdim etməyə hazırlaşır.
Bu seriyanın ən ucuz smartfonu 64 GB yaddaşa malik “Galaxy A14 5G”  mobil cihazı olacaq. Onun qiymətinin təxminən 230 dollar (təxminən 391 manat) olacağı gözlənilir.
128 GB yaddaşa malik “Galaxy A34 5G” 442 dollara (751 manat), eyni həcmli yaddaşa malik “Galaxy A54 5G” isə 527 dollara (896 manat) dəyərində satışa çıxarılacaq.

Oxşar xəbərlər