Məşhur aktyor hava limanında görün nə ilə tutuldu?
13-03-2023, 16:06
794

Məşhur aktyor hava limanında görün nə ilə tutuldu?

Tanınmış aktyor və komediya ustası Mayk Epps hava limanında üzərində içi dolu tapança gəzdirdiyi üçün saxlanılıb. 
Beynəlxalq hava limanında aktyorun çantasından dörd patronla dolu  “Smith & Wesson” markalı silah tapılıb.
Məlumata görə, aktyora qarşı heç bir ittiham irəli sürülməyib. Amma silahı əlindən alınıb. 
Daha sonra Mayk Epps sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama verib. 
“Mən üzərimdə daim pul, zinət əşyaları daşıyıram. İnsanları soyan oğrular isə ətrafda çoxdur. Burada səhv bir şey görmürəm. Özümü qorumaq üçün üzərimdə silah gəzdirirəm”, - deyə aktyor bildirib. 


Oxşar xəbərlər