Avropanın ən isti qışı – Xizək kurortları bağlandı
13-03-2023, 16:15
6 886

Avropanın ən isti qışı – Xizək kurortları bağlandı

Avropanda ən isti qışın son iki il ərzində, yəni 2022-2023-cü illərdə olduğu açıqlanıb. 
Bu barədə hava və iqlim üzrə ekspertlər qrupu “Aljazeera Kopernik” saytına məlumat verib. 
Araşdırmaya görə, yanvar və fevral ayları arasında orta temperatur 1991-ci ildən 2020-ci ilə qədər olan orta göstəricidən 1,4 dərəcə isti olub. Nəticədə Avropa ikinci belə isti qışı yaşayıb.
Ən yüksək temperatur isə Avropada dekabrın sonu və yanvarın əvvəlində qeydə alınıb. Fransadan Macarıstana qədər bir çox ölkələrdə isti hava şəraiti hökm sürür.
Belə ki, İsveçrənin Altdorf şəhərində temperatur Selsi üzrə 19,2 dərəcəyə qalxaraq 1864-cü ilin rekordunu yeniləyib. Bəzi yerlərdə qar yağmadığı üçün xizək kurortları bağlanıb. 

Oxşar xəbərlər