Zəlzələdə ailəsindən 120 nəfəri İTİRDİ, sözləri ürək PARÇALADI
13-03-2023, 16:17
6 885

Zəlzələdə ailəsindən 120 nəfəri İTİRDİ, sözləri ürək PARÇALADI

Fevralın 6-da Türkiyədə baş verən və fəlakətə səbəb olan 2 böyük zəlzələnin yaraları sağalmaqda davam edərkən, zəlzələ ilə bağlı ürək ağrıdan xəbər yayılıb.
Xarici KİV xəbər verir ki, Sinqapurda restoran işlədən Ahmet Akpınar Kahramanmaraşdakı zəlzələdə ailəsindən 120 nəfərin həyatını itirdiyini bildirib.
Fəlakətlər zamanı Türkiyədə olan qardaşı ilə saatbaşı danışdığını vurğulayan Akpınar bunları söyləyib:
“İnanmaq çox çətindir. Bu, təkcə ailə üzvlərinin itkisi deyil, bəzi ailələr tamamilə yoxa çıxıb”.
Zəlzələdə anası, bacısı və qardaşının dağıntılar altından çıxarıldığını paylaşan Akpınar, ailəsinin hələlik çadırda qaldığını bildirib. Akpınar mərhum qohumlarının əsasən əmisi oğulları və onların ailələri olduğunu vurğulayıb.

Oxşar xəbərlər