Peruda güclü daşqınlar çox sayda insanın həyatına son qoyub: Qurbanların sayı açıqlandı
13-03-2023, 17:22
6 680

Peruda güclü daşqınlar çox sayda insanın həyatına son qoyub: Qurbanların sayı açıqlandı

Peruda “Yaku” siklonunun yaratdığı daşqın və leysan 18 nəfərin həyatına son qoyub.
Bu barədə ölkənin Milli Mülki Müdafiə İnstitutu məlumat verib.
Məlumata görə, ötən həftə ərzində təbii fəlakət qurbanlarının sayı 18 nəfərə çatıb. Hakimiyyət orqanlarının statistikasına görə, ümumilikdə bir neçə ay əvvəl başlayan yağış mövsümündə ölənlərin sayı artıq 59 nəfərə çatıb. Bundan əlavə, 1 300-dən çox yaşayış binası dağılıb.


Mənbə: TASS

Oxşar xəbərlər