Qadın xəstəliyini müalicə etmədiyi üçün HƏBS OLUNDU
13-03-2023, 18:12
6 780

Qadın xəstəliyini müalicə etmədiyi üçün HƏBS OLUNDU

Amerikanın Vaşinqton şəhərində yaşayan bir qadın yoluxucu xəstəliyini müalicəsindən imtina etdiyi üçün həbs olunub. 
Xarici mətbuat xəbər verir ki, bir ildir vərəmdən əziyyət çəkən amerikalı qadın ona qoyulan diaqnozu ciddiyə almayıb. 
Nəticədə qadın 17 dəfə xəstəxanaya çağırılsa da, bu tələblərə məhəl qoymayıb və müalicəyə başlamaqdan imtina edib. 
Yerli səhiyyə departamenti qadının "məhkəmə qərarlarına qəsdən və bilərəkdən məhəl qoymadığını" bildirərək onu şikayət edib. 
Məhkəmədə hakim Filip Sorensen qadının səhhətinin yaxşı olduğuna dair arayış verilənə qədər onun həbsxanada qalması ilə bağlı qərar qəbul edib. Hazırda qadın həbsxanaya yerləşdirilib. 
Qeyd edək ki, vərəm hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəlikdir. Bu xəstəliyə hər kəs yoluxa bilər. Amma uşaqlar və immun sistemi zəif olanlar vərəmə qarşı daha həssasdırlar. Xəstəlik müalicə olunur, ancaq onun müalicəsi olduqca uzun müddət tələb edir. Vərəmin erkən diaqnozu böyük əhəmiyyət daşıyır. 

Oxşar xəbərlər