"Freddi" qasırğası nəticəsində 103 nəfər ÖLDÜ
14-03-2023, 10:20
648

"Freddi" qasırğası nəticəsində 103 nəfər ÖLDÜ

"Freddi" tropik siklonu Malavi və Mozambikdə 103 nəfərin həyatına son qoyub.
"İnterfaks" xəbər verir ki, qasırğa ilə müşayiət olunan güclü yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölkədə 99 nəfər ölüb, 16 nəfər itkin düşüb. Ən çox ölüm Blantir Kantridə qeydə alınıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, zərərçəkənlər üçün 39 düşərgə təşkil edilib.
Bundan əvvəl Madaqaskarı siklon vurduğu, 4 nəfərin öldüyü bildirilmişdi. Qasırğanın çərşənbə gününə qədər zəifləyərək Hind okeanına qayıdacağı gözlənilir.

Oxşar xəbərlər