Papa Fransisk ilk podkastını təqdim etdi: “Ağlamağı unutmayın”
14-03-2023, 10:58
629

Papa Fransisk ilk podkastını təqdim etdi: “Ağlamağı unutmayın”

Papa Fransisk ilk podkastı “Popecast”ı təqdim edib. O, videonu papalığa seçilməsinin 10-cu ildönümünə həsr edib. Onun sözlərinə görə, illər hiss edilmədən ötüb keçib.
“Bu günü qarşılamaq istəyəndə o artıq dünən olur, amma sabah da deyil”, - deyə o qeyd edib.
Podkastda papa sülh arzulayıb, eyni zamanda insanlara ağlamağı, mərhəmətli olmağı və gülümsəməyi unutmamağı tövsiyə edib. O əlavə edib ki, onu ən çox incidən müharibələr və silahlı münaqişələr zamanı insanların həlak olmasıdır.
Mənbə: Vatican News

Oxşar xəbərlər