Məşhur aktyor “Oskar”dakı kobud davranışı ilə gündəmdə
14-03-2023, 12:32
1 059

Məşhur aktyor “Oskar”dakı kobud davranışı ilə gündəmdə

Məşhur ingilis aktyor Hyu Qrant “Oskar” mərasimində kobud davranışı ilə diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri sənətçinin model Eşli Qremlə söhbətində özünü kobud apardığını bildiriblər.
Belə ki, E. Qrem tədbirin qonaqları ilə qısa müsahibələr alaraq, onlara standart suallar verib. H. Qrant isə modelə kifayət qədər laqeyd davranıb və onu ciddi qəbul etməyib.
Aktyorun davranışı sosial şəbəkələrdə sərt reaksiyaya səbəb olub.
“Eşli Qrem Hyu Qranta səbr elədiyi üçün fəxri “Oskar” mükafatına layiqdir”, - deyə istifadəçilər narazılıqlarını bildiriblər.

Oxşar xəbərlər