Obama FİLMƏ çəkildi
14-03-2023, 13:04
1 143

Obama FİLMƏ çəkildi

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama sağalmaz xəstəlik barəsində çəkilən filmdə rol alıb.
Bu barədə “People” dərgisi məlumat yayıb.
"No Ordinary Campaign" şirkətinin ekranlaşdırdığı,  ALS (ağır dərəcəli skeleroz) xəstəliyindən bəhs edilən filmin rejissorları Brayan Uollac və Sandra Abrevaya Uollaçdır. 
Qeyd edək ki, 61 yaşlı siyasətçi martın 12-i Texasda baş tutan filmin premyerasına gəlib. Brayan Uollaç jurnalistlərə açıqlamasında “Biz ümidi necə hərəkətə çevirməyi 2008-ci ildə keçirilən seçki kampaniyası zamanı öyrəndik. Bu gün bu təcrübə vasitəsilə əldə etdiklərimiz barədə danışmaq fürsəti yaranıb”, - bildirib.
Məlumatlara görə, Brayan Uollaca 2017-ci ildə, ikinci qızı doğulduğu gün ALS diaqnozu qoyulub. Həkimlər onun altı ay ömrünün qaldığını desələr də, Brayan hüquqşünas kimi işə qayıdıb. Bununla yanaşı, o, ALS xəstələrinə dərmanların təminatı uğrunda maliyyə ayrılmasını tələb edən bir qanunun hazırlanmasına çalışıb.


Oxşar xəbərlər