Tanınmış aktyor müxbirlərin üstünə mühafizəçiləri göndərdi
14-03-2023, 14:03
1 062

Tanınmış aktyor müxbirlərin üstünə mühafizəçiləri göndərdi

Türkiyəli tanınmış aktyor Uraz Kaygılaroğlu dünən axşam Caddebostanda bir restorandan çıxanda xoşagəlməz hadisə yaşanıb. 
Türkiyə mətbuatı xəbər verir ki, aktyor məkandan çıxarkən mühafizəçiləri müxbirlərin üstünə göndərib və özü dərhal oradan qaçaraq avtomobilinə minib. 
Məlumata görə, Kaygılaroğlu bunu şəkillərinin çəkilməməsi üçün edib. 
Jurnalistlərin “Uraz bəy, bu hərəkətə nə ehtiyac var idi?” sualına gülümsəyən aktyor daha sonra avtomobilini əks istiqamətə sürərək yolda tıxaca səbəb olub. 


 

Oxşar xəbərlər