Bu ölkədə motosiklet sürmək qadağan olundu - İnanılmaz səbəb
14-03-2023, 14:22
1 172

Bu ölkədə motosiklet sürmək qadağan olundu - İnanılmaz səbəb

Nigeriyanın Katsina əyalətində silahlı şəxslərin hücumu nəticəsində onlarla adam həyatını itirib. 
Hadisə Katsina əyalətinin Kankara bölgəsində motosikletli silahlı şəxslər tərəfindən törədilib. Hücumda 22 nəfər həyatını itirib, xeyli sayda adam yaralanıb. 
Katsina polisinin sözçüsü Qambo İsah hücumu təsdiqləyib. Lakin ölənlərin sayı barədə məlumat verməyib. Hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu ifadə edən sözçü insident ilə bağlı istintaq başladıldığını qeyd edib. 
Son zamanlar motosikletli silahlı şəxslərin hücumlarında artım olduğuna görə ölkənin bəzi ərazilərində motosikletdən istifadə qadağan edilib. 

Oxşar xəbərlər