Orduya lağ edənə cinayət işi açıldı
14-03-2023, 14:41
1 183

Orduya lağ edənə cinayət işi açıldı

Ryazan vilayətinin Kasimov şəhər sakini Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə iş üzrə təqsirləndirilən şəxs olub.
Yerli KİV bildirir ki, Kasimov sakini 2022-ci il noyabrın 9-da, Rusiya Müdafiə Nazirliyinin qoşunların Xersondan çıxarılmasını elan etdiyi gün sosial şəbəkədə lətifə yazıb. Buna görə də, həmin şəxsə qarşı cinayət işi açılıb və hazırda istintaq aparılır.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin bu maddəsinə əsasən, müttəhimi 100 min rubldan 300 min rubla qədər cərimə və ya üç ilə qədər həbs cəzası gözləyir.

Oxşar xəbərlər