Gürcüstanda Avropa Birliyinin bayrağı yandırıldı
14-03-2023, 15:02
1 111

Gürcüstanda Avropa Birliyinin bayrağı yandırıldı

Gürcüstanın “Mühafizəkarlar hərəkatı” tərəfdarları ölkə parlamentinin yaxınlığında Avropa Birliyinin bayrağını yandırıblar.
Xarici media xəbərinə görə, bayraq binanın yanında yerə qoyularaq yandırılıb. Onlarla etirazçı Avropa Birliyinin yanan bayrağının ətrafına toplaşıb. Çoxları hadisəni telefonlarında lentə alıb.
Hərəkat tərəfdarları Avropa Birliyi bayrağı əvəzinə Gürcüstanın bayrağını asıblar. Məlumata görə, Avropa Birliyi bayrağının korlanmasına görə 1000 lari (387 dollar) məbləğində cərimə tətbiq oluna bilər.
Martın 14-də Gürcüstanın “Mühafizəkarlar hərəkatı”nın iştirakçıları və rəğbətçiləri Tbilisinin Rustaveli prospektində yolu bağlayıb, respublika parlamentinin binası qarşısında aksiyaya başlayıblar.
Etirazçılar ölkə hakimiyyətinin xarici təsirlərə qarşı mübarizə kursunu dəstəkləyir və Rusiya ilə münasibətlərin normallaşdırılmasına tərəfdardırlar. Hazırda nümayişçilər Gürcüstanın qanunverici orqanının binası qarşısında səhnə qururlar.
Onlar həmçinin əvvəlki mitinqlərdə xarici agentlər haqqında qanunun qəbuluna qarşı çıxanları da tənqid edirlər. Daha sonra etirazçılar sənədin parlamentdən geri götürülməsinə nail olublar.

Oxşar xəbərlər