"Gördüklərim önəmli deyil" - Baş nazir Qarabağla bağlı sualdan yayındı
14-03-2023, 15:08
1 093

"Gördüklərim önəmli deyil" - Baş nazir Qarabağla bağlı sualdan yayındı

Nikol Paşinyan jurnalistin Qarabağı Azərbaycanın bir hissəsi kimi görüb-görmədiyi sualına birbaşa cavab verməkdən yayınıb. 
Ermənistanın baş naziri martın 14-də keçirdiyi mətbuat konfransında birbaşa sualdan yayınaraq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi barədə danışıb. 
"Mənim gördüklərim, görmədiklərim önəmli deyil, önəmli olan Dağlıq Qarabağ xalqının nəyi gördüyüdür və Dağlıq Qarabağ xalqının öz hüquqlarını və təhlükəsizlik məsələlərini beynəlxalq mexanizmdə qanun çərçivəsində həyata keçirmək imkanının olub-olmamasıdır. Bu, çox vacib bir detaldır", - Paşinyan açıqlayıb. 
Onun sözlərinə görə, Qarabağın əslən kimə məxsus olduğunu bildirmək üçün baş naziri məhdudlaşdıran amillər var. 

Oxşar xəbərlər