Məktəbli qız dərsdə sinif yoldaşını GÜLLƏLƏDİ
14-03-2023, 15:25
7 048

Məktəbli qız dərsdə sinif yoldaşını GÜLLƏLƏDİ

Moskvada 9-cu sinif şagirdi pnevmatik tapança ilə 15 yaşlı sinif yoldaşını yaralayıb.
Rusiya KİV bildirir ki, hadisə Yaroslavl şossesində baş verib. Məktəbli qız rus dili dərsinə pnevmatik tapança gətirib və sinif yoldaşına atəş açıb.
Hadisədən sonra yeniyetmə almacıq sümüyünün yarası şikayəti ilə xəstəxanaya gedib. Həkimlər onu ilkin tibbi yardım göstərdikdən sonra evə buraxıblar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər