Haluk Bilginerdən sevənlərə ŞAD XƏBƏR
14-03-2023, 15:36
6 992

Haluk Bilginerdən sevənlərə ŞAD XƏBƏR

Martın 13-ü axşam səhnədə çıxış edən zaman halı pisləşən Türkiyənin məşhur teatr və kino aktyoru Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
Bu barədə ilk məlumatı sənətçinin sahibi olduğu "Oyun Atolyesi" teatrı yayıb. 
Bildirilir ki, Haluk Bilginerin təzyiqi stabildir və ümumi vəziyyəti yaxşıdır.
Xatırladaq ki, ustad aktyorun dünən axşam Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində "Kundakçı" tamaşasını səhnələşdirərkən vəziyyəti pisləşib. Tamaşaçılar arasında olan həkim aktyora ilk yardımı göstərib. 
Qeyd edək ki, 68 yaşlı Haluk Bilginerİ təcili tibbi yardım maşını ilə Acıbadem xəstəxanasına aparmışdılar.

Oxşar xəbərlər