Ukrayna sakinlərinə xəbərdarlıq: Belarusdan bombaatan təyyarələr qalxır
14-03-2023, 16:32
6 760

Ukrayna sakinlərinə xəbərdarlıq: Belarusdan bombaatan təyyarələr qalxır

“Kiyevdə vəziyyət stabildir. Kommunal təminatımız yerindədir. Hər yer işləyir. Bu gün hələ ki, həyəcan siqnalı verilməyib”.
Bunu Baku TV-yə açıqlamsında Ukraynada yaşayan azərbaycanlı Şamxal Quliyev deyib.
O qeyd edib, Kiyevdə sakitlik müşahidə olunsa da, Baxmut, Liman və Avdiyivkada ağır döyüşlər gedir.
“Teleqram kanallarından oxuyuruq ki, Belarusdan bombaatan təyyarələr qalxır. Sakinlərə ehtiyalı olmaqla bağlı xəbərdarlıq mesajı göndərilir”, - deyə Ş.Quliyev əlavə edib.

Oxşar xəbərlər