Polşa MiQ-29 qırıcılarını Ukraynaya bu tarixdə verəcək
14-03-2023, 17:18
6 579

Polşa MiQ-29 qırıcılarını Ukraynaya bu tarixdə verəcək

Polşa 4-6 həftə ərzində MiQ-29 qırıcılarını Ukraynaya təhvil verməyə hazırdır.
Bu barədə Polşanın baş naziri Mateuş Moravetski mətbuat konfransında bildirib .
"Polşada olan və hazırda Hərbi Hava Qüvvələrimizdə xidmət edən MiQ-29-ların qalan hissəsini tədarük etməyə hazırıq və əminəm ki, Ukrayna dərhal onlardan istifadə etməyə hazır olacaq", - nazir açıqlayıb. 
O hesab edir ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə NATO standartlarına keçməyə çalışır və F-16-lardan da istifadə edəcək.

Oxşar xəbərlər